Anbar, istehsal, satış, alış, maliyyə, kadrlar və əmək haqqı — hamısı bir yerdə. Excel cədvəllərinə və dağınıq hesablara son.
Metal konstruksiya, doğrama, mebel və digər istehsal sahələri üçün hazırlanıb. Hər modul digərləri ilə avtomatik bağlıdır.
Real vaxtda qalıqlar, orta maya dəyəri, bir neçə anbar, köçürmə və inventarizasiya. Minimum qalıqda xəbərdarlıq.
Reseptlər, marşrutlar, iş mərkəzləri, MRP planlaşdırma. Plan və fakt sərfiyyat, brak və keyfiyyət nəzarəti.
Sifarişlər, qaimə və hesab-faktura PDF, qaytarma, valyuta ilə alış, ödəniş vadələri və borclar.
Avtomatik mühasibat yazılışları, kassa və bank, mənfəət və zərər, balans, cashflow və ƏDV hesabatı.
Tabel, gəlir vergisi, DSMF, işsizlik və tibbi sığorta ilə maaş hesablanması, maaş vərəqələri.
Satış analitikası, sifariş üzrə mənfəət, borcların yaşlandırılması, Telegram və e-poçt xəbərdarlıqları.
Xarici proqramları uyğunlaşdırmağa ehtiyac yoxdur — sistem Azərbaycan qaydaları ilə işləyir.
Bir neçə gün ərzində komandanız sistemdə işləyir.
Formu doldurun, sizinlə əlaqə saxlayaq.
Şirkətiniz üçün ayrıca, qorunan baza yaradılır.
Mallar, tərəfdaşlar və işçilər Excel-dən yüklənir.
Komandanızı öyrədirik, siz işə başlayırsınız.
Bütün modullar hər paketə daxildir. Fərq yalnız istifadəçi sayındadır. İllik ödənişdə 2 ay hədiyyə.
Xeyr. Sistem brauzerdə işləyir. İstəsəniz kompüterdə ayrıca pəncərədə proqram kimi açmaq üçün qısayol veririk.
Hər şirkətin ayrıca bazası var, bağlantı şifrələnir və hər gecə ehtiyat nüsxə çıxarılır. İstənilən vaxt öz bazanızın nüsxəsini yükləyə bilərsiniz.
Bəli. Mallar, tərəfdaşlar və işçilər hazır şablonla Excel-dən yüklənir, başlanğıc qalıqlar da daxil olmaqla.
Bəli, interfeys telefon və planşetə uyğunlaşır. Ana ekrana proqram kimi əlavə edə bilərsiniz.
Xeyr. Hər istifadəçiyə yalnız lazım olan bölmələri açırsınız, istəsəniz yalnız baxış rejimində.
14 gün ərzində bütün imkanlardan pulsuz istifadə edin. Kart məlumatı tələb olunmur.
📍 Bakı, Azərbaycan